Okt 21, 2020 20:36 Asia/Baku
  • İranlı qadın rejissor London festivalında ən yaxşı rejissor mükafatını alıb

İranlı qadın rejissor Londonda keçirilən «Skrin Pover» festivalında ən yaxşı rejissor mükafatını qazanıb.

SəhərAzəri xəbər verir, Mojqan Bəyat «Yer övladı» filminə görə bu mükafata layiq görülübdür.

«Yer övladı» filmi ictimai məzmuna malikdir. Film on yaşlı bir uşağın həyat hekayətini nəql edir. Bu uşaq yeni bir diyara daxil olaraq, fərqli bir həyatı sınayır.

Bu film son zamanlar Banqladeşin Dəkkə şəhərində keçirilən 19-cu festivala və Amerikanın Ohayo ştatında keçirilən 21-ci festivala da vəsiqə qazanıbdır.

Teqlər