Okt 23, 2020 23:51 Asia/Baku
  • İran animasiyası ABŞ-ın San-Dieqo festivalının qalibi olub

İran animasiyası ABŞ-ın Kaliforniya ştatında San-Dieqo festivalının qalibi olub.

SəhərAzəri xəbər verir, Pərham Maniyanın rejissorluğu ilə çəkilən "Mən sərhəd görmürəm, siz necə" adlı qısametrajlı animasiya filmi ABŞ-ın 19-cu San-Dieqo Beynəlxalq Film Festivalında, karantin filminin çağırış bölməsində ən yaxşı animasiya mükafatını qazanıb.

Bu üç dəqiqəlik stop motion plastilin animasiyası texnikası ilə hazırlanıb və koronavirusla mübarizədə qlobal sülh və əməkdaşlıqdan bəhs edir.

Stop Motion animasiya istehsalı üslublarından biridir ki, onda bir obyekti hər kadrda hərəkət etdirib sonra onu çəkirlər.

Gənc İranlı sənətçi Manian, daha əvvəl 2019-cu ildə Britaniyanın Ardman Animasiya Studiyasının qızıl Morf mükafatını qazanıb.

Teqlər