Okt 24, 2020 08:58 Asia/Baku
  • Bu içki qaraciyər xərçəngi ilə mübarizə aparır

Tədqiqatçılar yeni bir araşdırmada, müntəzəm şəkildə bir növ içkidən istifadənin qaraciyər xərçəngi riskini 50 faizə qədər azaltdığını bildiriblər.

SəhərAzəri xəbər verir, tədqiqatçılar yeni bir araşdırmada belə bir nəticəyə gəliblər ki, kofedən istifadə qaraciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.

Ümumdünya Xərçəng Araşdırmaları Fondunun məlumatları, 2012-ci ildə təxminən 800 min nəfərin qaraciyər xərçənginə yoluxduğunu göstərir.

Tədqiqatçılar iki milyondan çox insanın iştirak etdiyi 26 araşdırmanın nəticələrini nəzərdən keçirdikdən sonra belə bir nəticəyə gəliblər ki, müntəzəm şəkildə qəhvə istehlakı dozadan asılı olaraq qaraciyə xərçəngi və sirrozu riskini əhəmiyyətli dərəcədə azaldır. Yəni daha çox kofe içdikdə qaraciyər xərçəngi riski bir o qədər az olur.  

Gündə bir fincan kofe istehlakı 20 faiz, iki fincan 35 faiz, 5 fincan 50 faiz qaraciyər xərçəngi riskini azaldır.

Səhiyyə mütəxəssislərin dediyinə əsasən, hepatit C, xroniki hepatit, sirroz, artıq çəki, aflatoksin zəhəri, dəmir çatışmazlığı və alkoqoldan istifadə kimi müxtəlif səbəblər qaraciyər xərçənginə şərait yarada bilərlər.