Noy 28, 2020 21:44 Asia/Baku
  • İki iranlı sənətçi qadın Qərbi Asiyada əl işləri sənayesi sərgisində parlayıblar

İranın Kirman və buşehr vilayətindən olan iki sənətçi qadın Qərbi Asiyada Ümumdünya Əl İşləri Sənayesi Şurasınin virtual formatda keçirilən sərgisində ən yüksək titulu qazanıblar.

SəhərAzəri xəbər verir, İranın Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Nazirinin əl işləri və ənənəvi sənətlər üzrə müavini Ümumdünya Əl İşləri Sənayesi Şurası tərəfindən virtual formatda əl işləri sənayesi sərgisinin keçirilməsinə işarə edərək, deyib: "Qərbi Asiya bölgəsindən 12 ölkə bu sərgidə iştirak ediblər, o cümlədən İrandan , Kirman vilayətinin Daristan kəndindən olan 36 yaşlı sənətçi Pərvin Əbazəri kilim toxuma sahəsində və Buşehr vilayətinin Bəhiri kəndindən olan 23 yaşlı sənətçi Fatimə Şakiri əba toxumaq sahəsində bu sərginin ən yüksək titulunu qazanıblar.

Teqlər