Noy 30, 2020 07:32 Asia/Baku
  • Burnunuzdan pis qoxu gəlirsə...

İnsan orqanizmi xəstəliklərə müəyyən qoxularla reaksiya verir. Mütəxəssisin fikrincə, burunda xoşagəlməz qoxuya sinusit, xüsusilə də vazomotor sinusit səbəb ola bilər.

SəhərAzəri xəbər verir, həkim-otorinolarinqoloq Vladimir Zaytsev burundan pis qoxu gəlməsinin səbəblərini açıqlayıb.

Həkimin fikrincə, burundan gələn qoxu, bir qayda olaraq, yalnız burun boşluğundakı problemlərə görə deyil, həm də boğaz xəstəliklərinə görə ortaya çıxır.

Həkim xəstələri özünümüalicədən çəkindirərək, bildirıb: "Bənzər bir simptom adenoid zamanı özünü göstərə bilər. Xüsusi bir qoxuya streptokokk florası səbəb olur".

Mütəxəssisin fikrincə, burunda xoşagəlməz qoxuya sinusit, xüsusilə də vazomotor sinusit səbəb ola bilər: "Bu zaman əsla özünümüalicəyə üstünlük verilməməlidir. Çünki irinli kütlələr beyinə daxil ola bilər. Bu da ciddi nevroloji fəsadlarla nəticələnə bilər".

Bundan başqa, burunda kənar bir cisim də xoşagəlməz qoxuya səbəb ola bilər: "Burun daxilinə xarici bir cisim düşdükdə selikli qişa alovlanmağa, mayalanmağa başlayır, yataq yarana bilər, bunun fonunda burunda xoşagəlməz qoxu əmələ gələ bilər".