Noy 30, 2020 21:59 Asia/Baku
  • Jalə Olovdan xüsusi şəkildə təqdir edilib

YUNESKO-nun Milli Komissiyası ilk dəfə keçirilən "Selfi 20" adlı yeni qısametrajlı film festivalı çərçivəsində Jalə Olovdan təqdir edib.

SəhərAzəri xəbər verir, İran-YUNESKO-nun Milli Komissiyasının fəxri diplomu və hədiyyəsi bu veteran aktrisa, diktor və dublyorun bir ömür sənət fəaliyyətini dəyərləndirmək üçün festivalın katibəsi Məryəm Dusti tərəfindən Jalə Olova təqdim edilib.

Jalə Olov 1927-ci il avqustun 6-da Tehran şəhərində dünyaya göz açıb və bir radio diktoru, dublyor, kino, teatr və televiziya aktrisasıdır. Bu sənətçi bir çox əsərlərdə parlaq rol ifa edib və 2010-cu ildə "qalıcı bir şəxsiyyət" ünvanına layiq görülüb.

Birinci "Selfi 20" qısametrajlı film festivalı tamaşaçıların və auditoriyanın sağlamlığına hörmət əlaməti olaraq, oktyabrın 26-da keçirilməsi qərara alınmış bağlanış mərasimini Koronavirusla Mübarizə Üzrə Milli Qərargahın qərarlarına uyğyn olaraq, başqa bir tarixə salıb.

Teqlər