Dek 01, 2020 12:03 Asia/Baku
  • İran Qərbi Asiyada yeganə göz bankına malikdir

İranın Şəhid Beheshti adına Tibb Elmləri Universitetinin professoru deyib ki, Qərbi Asiya bölgəsində fəaliyyət göstərən yeganə göz bankı İrana aiddir.

SəhərAzəri xəbər verir, Mojqan Rezayi bu gün İran istisna olmaqla Qərbi Asiya ölkələrinin Avropa ölkələrindən gözün buynuz qişasını idxal etmələrinə işarə ilə söyləyib: İranın Mərkəzi Göz Bankı öz otuzillik fəaliyyətində dünyanın ən üstünləri sırasında durmağı bacarıbdır.

Rezayi həmçinin bildirib ki, İran gözün buynuz qişası peyvəndinin sayı baxımından regionda birinci yerdə durur.

O, deyib: Hər il İranda altı mindən çox buynuz qişası peyvəndi həyata keçirilir.

İranın Şəhid Beheshti adına Tibb Elmləri Universitetinin bu professoru İranda gözün buynuz qişasının saxlanılması üzrə məhlulun istehsalı haqda isə belə deyib: Asiya ölkələri arasında hindistanlılar təqribən bir-iki il bundan öncə “kornizol” məhlulunu istehsal etməyə müvəffəq oldular. Həmin məhlul amerikan məhlulun tayı və İranda istehsal olunmuş məhlulun bənzəridir.

Gözün buynuz qişasını saxlayan/ qeyd edilən İran məhlulu, şənbə günü İranın Şəhid Ləbbafinejad adına xəstəxanasında təqdim edildi.

Teqlər