Dek 03, 2020 20:43 Asia/Baku
  • İranın hakimlər qrupu futbol üzrə Asiya Çempionlar Liqasında hakimlik edəcək

İranlı hakim Moud Bonyadifər Asiya Futbol Konfederasiyasının bildirişi ilə Çinin “Şanxay SPİQ” və Cənubi Koreyanın “Çonbuk Hyonde Motors” futbol klubları arasındakı görüşü idarə edəcək.

SəhərAzəri xəbər verir, Asiya Çempionlar Liqası yarışlarının “H” bölgəsi üzrə görüşləri cümə günü şərq qrupundan olan “Şanxay SPİQ” və “Çonbuk Hyonde Motors” futbol klubları arasında keçiriləcək.

Asiya Futbol Konfederasiyasının bildirişi ilə iranlı arbitr Moud Bonyadifər matçın baş hakimi, Mohəmmədreza Mənsuri və Mohəmmədreza Əbulfəzli baş hakimin köməkçiləri kimi görüşü idarə edəcəklər.

İranın «Perspolis» futbol klubu Qəbr bölgəsindən Asiya Çempionlar Liqası yarışlarının finalına çıxıb. Bu komanda dekabrın 19-da final matçında Şərq bölgəsinin qalib komandası ilə görüşməlidir.

Teqlər