Dek 24, 2020 16:17 Asia/Baku
  • Tokio-2020: Bütün müqavilələr uzadılıb

2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi bütün sponsorlarla müqavilələri uzadıb.

SəhərAzəri Apasport-a istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Yesiro Mori açıqlayıb.

O bildirib ki, 68 tərəfdaşın hamısı ilə müqavilələr uzadılıb. Sponsor şirkətlərlə anlaşmalar 2020-ci ilin sonunda başa çatmalı idi. Lakin koronavirus pandemiyası üzündən yarışlar 2021-ci ilə təxirə salınıb. Müqavilənin uzadıldığı şirkətlər arasında “Toyota”, “Panasonic” və “Bridgestone” kimi nəhənglər də yer alıb.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

Teqlər