Yan 03, 2021 18:08 Asia/Baku

İranın Şərqi Azərbaycan vilayətinin ən çox azarkeşi olan “Traktor” futbol komandası Asiyanın ən populyar klubu seçilib.

SəhərAzəri xəbər verir, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib.

Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn "Traktor" həlledici səsvermədə 51,14 faiz səs yığıb.

AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.

Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Teqlər