Yan 05, 2021 09:59 Asia/Baku
  • İranlı qadın futzalçı dünyanın birinciləri sırasında

İranlı qadın futzalçı Zeynəb Kərəminin adı 2020-ci ilin futzal üzrə ən yaxşı qadın qapıçısı mükafatına namizədlər siyahısında yer alıb.

SəhərAzəri xəbər verir, "FUTSALPLANET" portalı 2020-ci ilin sonunda dünyanın ən yaxşı fuzalçılarına namizədlərin adına aydınlıq gətirib ki, Zeynəb Kərəminin adı da, dünyanın ən yaxşı 10 qadın qapıçısı arasında yer alıb.

Kərəmi, keçən mövsüm qadınlar bölməsində Futzal üzrə İran Premyer Liqasının çempionu olmuş "Misi- Rəfsəncan" komandasının qapıçısı idi.  

2020-ci ilin ən yaxşı qapıçısı mükafatına namizədlər siyahısında Braziliya, İtaliya, Rusiya, Portuqaliya, İspaniya və Yaponiyanın qapıçıları da var.

Qeyd edək ki, bundan əvvəl, İranlı qadın hakim "Gelare Nazemi"nin adı ən yaxşı qadın hakim nominasiyası üzrə dünyanın ilk onluğunda yer alıb.

Teqlər