Yan 06, 2021 15:46 Asia/Baku
  • İki iranlı futbolçu Asiya üzrə ilin ən yaxşı gənc oyunçusu adına namizəd olub

İranlı futbolçular Məhdi Qaedi və Məhdi Əbdi Asiya üzrə ilin ən yaxşı gənc oyunçusu adını qazanmağa namizəd olublar.

SəhərAzəri xəbər verir, Asiya Futbol Konfedrasiyasının məlumatına görə, İranın gənclərdən ibarət yığma komandası ilə Tailandda keçirilən 23 yaşından aşağı futbolçuların Asiya çempionatında qrup üzrə seçmə görüşlərdə iştirak etmiş Tehranın «Esteqlal» futbol klubunun oyunçusu Məhdi Qaedi Asiya üzrə ilin ən yaxşı gənc oyunçusu adını qazanmağa namizəd olmağa müvəffəq olub. Qaedi həmçinin Asiya çempionlar liqasının altı oyununda üç qol və bir ötürmə ilə uğurlu fəaliyyət sərgiləyibdir.

Həmçinin ötən ilin iyul ayında Tehranın Perspolis futbol klubu ilə İran futbol liqasının çempionu olmuş Məhdi Əbdi də Asiya üzrə ilin ən yaxşı gənc oyunçusu adına namizəd olubdur. Əbdi İranın yüksək liqasında və 2020-ci il Asiya çempionlar liqasının finalında müsbət fəaliyyət göstəricisinə malik olubdur.

Teqlər