Yan 12, 2021 18:07 Asia/Baku
  • İranlı oyunçu 2020-ci ildə dünya futzalının on ən yaxşı oyunçusu arasında

Futzal üzrə İran yığmasının oyunçusu 2020-ci ildə dünyanın ən yaxşı oyunçuları sırasına daxil olub.

SəhərAzəri xəbər verir, «FutsalPlanet» saytı 2020-ci ilin sonunda dünyanın ən yaxşı futzal namizədlərinin adlarını elan etdi ki, İran futzalçısı Hoseyn Təyyebi on ən yaxşı oyunçu arasındadır.

Bu iranlı oyunçu ötən il Qazaxıstanın «Kayrat» klubundan Portuqaliyanın "Benfika" klubuna qatılıb.

Rusiyadan Artyom Niyazov, Argentinadan Kosolino, Braziliyadan Rodriqo Hardi, Pito, Babalo, Qadiya, Devis Moraes və Ferrao, eləcə də İspaniyadan Serxio Lossano 2020-ci ildə dünya futzalının on ən yaxşı oyunçusudur.

Bundan əvvəl İranın yığma komandasının bombardiri Əlireza Səmimi, hakimlər bölməsində Gelareh Nazemi, qadın qapıçılar bölməsində Zeynəb Kərəmi, ən yaxşı qadın məşqçi bölməsində Atefeh Rezyi də 2020-ci ildə bu idman növü üzrə ən yaxşılar sırasında duran İran futzalının nümayəndələridirər.

Teqlər