Yan 14, 2021 11:26 Asia/Baku
  • “Barselona“ ilk finalçı oldu

İspaniya Super Kubokunda ilk yarımfinal görüşü keçirilib.

SəhərAzəri xəbər verir, ilk qarşılaşmada “Real Sosyedad” öz meydanında “Barselona” ilə üz-üzə gəlib.

Oyunda hesabı Kataloniya klubu açıb. 39-cu dəqiqədə De Yonq "Barsa"nı irəli çıxarıb. Matçın 51-ci dəqiqəsində Oyarzabal penaltini dəqiq yerinə yetirərək ev sahiblərinin bərabərlik qolunu vurub.

Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Barselona" ilk finalçı olub.

"Real Sosyedad" – "Barselona" - 1:1 (penaltilər 2:3)

Digər finalçının adına yanvarın 14-ü saat 00:00-da start götürəcək “Real Madrid” – “Atletik Bilbao” görüşündə aydınlıq gələcək.

Qeyd edək ki, “Real Sosyedad” - “Barselona” matçında qonaqların əsas kapitanı Lionel Messi zədə səbəbindən oynamayıb. O, matçı tribunadan izləyib.

Teqlər