Noy 15, 2020 15:45 Asia/Baku
  • Səhər saatlarında Sionist rejim Qəzzəyə hücumlar etdi

Sionist ordusunun helikopterləri və tankları bu bazar günü səhər saatlarında Qəzzə zolağında olan Fələstin müqavimət bazalarına hücum ediblər.

SəhərAzəri xəbər verir, Sionist helikopterlər, Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin şərqindəki hissələri dörd raketlə bombalayıb.
Bundan əlavə Sionist tankları Qəzzə şəhərinin Əl-Zəytun rayonunda olan bir meydançanı və Cəbalıya və Beyt-Hanun şəhərlərindəki iki müşahidə mərkəzini hədəfə alıblar.
Sionist ordusunun mətbuat katibi deyib: Ordu döyüş təyyarələri, helikopterləri və tankları, Qəzzə zolağı tərəfindən gecə ərzində raket atışlara cavab olaraq HƏMAS-a məxsus infrastruktur və Qəzzə zolağındakı bazalara hücum ediblər.
Eyni zamanda, yerli mənbələr partlayış səsi və daha sonra Qəzza zolağına yaxın Əsqəlan və digər şəhərlərdə raket sireninin işə düşdüyünü bildiriblər.

 

Teqlər