Sen 13, 2020 09:03 Asia/Baku
  • Fələstin səfiri Manamanı tərk etdi

Fələstinin səfiri Bəhreynin işğalçı İsrail rejimi ilə diplomatik əlaqələr qurmasına etiraz olaraq Manamanı tərk etdi.

Səhər Azəri bildirir ki, Fələstinin Bəhreyndəki səfiri Xalid Arif Ali-Xəlifə rejiminin işğalçı düşməni rəsmən tanıması və Təl-Əvivlə diplomatik əlaqələr qurmasına etiraz olaraq Manamanı tərk edib. 

Fələstin başçıları cümə günü ABŞ, Bəhreyn və İsrail rejimi tərəfindən Manama və Təl-Əviv arasında diplomatik əlaqələrin qurulmasına dair bəyannamənin elan edilməsinin ardınca bunu Qüds və Fələstin xalqına xəyanət adlandırıblar. 

Fələstin rəhbərliyi Bəhreyn rejiminin bu qərarının Fələstin xalqı və İslam Dünyası üçün mənfi nəticələrinə dair xəbərdarlıq edərək, Manama başçılarından öz qərarlarına düzəliş etmələrini istəyiblər. 

Bu arada ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında da İsrail ilə diplomatik əlaqələrin qurulması istiqamətində işlərin görüldüyünü deyib. Belə ki, Əmirliklər və Bəhreynin ardınca Ərəbistan Yarımadasında İsrail ilə diplomatik əlaqələr quran üçüncü ölkənin Səudiyyə Ərəbistanı olacağı ehtimalı xeyli güclüdür. 

Teqlər

Şərhlər