May 20, 2017 11:50 Asia/Baku
  • İranda seçki qəhrəmanlığı

İranda seçki qəhrəmanlığı

 

Tarix : 2017/05/20

 

---------------------------------------------------------------------

İranda seçki qəhrəmanlığı

12-ci prezidentin müəyyənləşməsi haqda günlər, hətta aylardan sonra bu gün İran xalqının qəhrəmanlıq iştirakı ilə seçkilərin nəticələrinin elan olunması ilə gözləntilər sona çatdı və Həsən Ruhaninin qələbə çalması ilə seçki işi bağlandı.

Önəmli olan və İran xalqından olan yeganə gözlənti qəhrəmanlığın yaradılması idi və o da baş verdi.

İran Daxili İşlər Nazirliyi prezident və islam şuraları seçkilərində 75%-dən çox iştirakın olduğunu elan edib. Cənab Həsən Ruhani 23 milyondan yuxarı, yəni 57% səslə 11-ci hökumətin siyasətləri və xidməti davam etdirmək üçün vətəndaşların diqqətini cəlb edə bildi.

Seçkilərdə iştirak üçün rəhbərliyin müraciətinin ardınca getməyin əzəməti və möhtəşəmliyi vəsfediləsi deyildir. Ötən gün yayımlanan kadrlar vətəndaşların havanın qaralmasına baxmayaraq uzun sıralarının olduğunu əks etdirirdi. Səsvermək üçün bağlı qapılar arxasında 4 saat qalsalar da, səs vermək üçün tələsirdilər. Səsvermənin son qanuni vaxtı olan saat 24-dək vətəndaşların izdihamı vardı.

İran vətəndaşlarının rəqabət, seçki həyəcanı və qızğınlığı günlərini arxada qoyduqdan sonra yeni prezidentdən haqlı tələbləri vardır.

İran İslam Respublikası Konstitusiyasının 113-cü maddəsinə əsasən, İslam İnqilabının Böyük Rəhbərindən sonra ölkənin ən yüksək səviyyəli rəsmisi prezidentdir və birbaşa İnqilab Rəhbərinə aid olan məsələlər istisna olmaqla konstitusiyanın icrası və icraçı qüvvəyə rəhbərlik edir. Vətəndaşların səsverməsindən sonra o İslam Şurası Məclisində Məhkəmə Hakimiyyəti sədri və Negəhban Şurası üzvlərinin iştirakı ilə təşkil olunan mərasimdə Quran-Kərim və İran xalqı qarşısında and içəcək və bütün istedadı və səlahiyyətini xalqa xidmət və ölkənin inkişafına vəqf edəcək.

Seçki həyəcanı dövründən kənar vətəndaşların iştirakının nəticələrində önəmli və diqqəti cəlb edən məsələ Konstitusiyaya əsasən seçkilərin nəticələrinin qəbul edilməsinə diqqət yetirməkdir. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei həmişə bu məsələni qeyd etmiş və edirlər. Bu il mart ayında Məşhəddə kütlələr qarşısında da buyurdular: Seçkilərdə qanunun aliliyini əsas götürmək lazımdır.

İnqilab Rəhbəri buyurublar: Xalqın seçiminin nəticəsi hər nə olarsa, etibarlıdır, qanundur. Xalqın seçiminin nəticəsi hər nə olarsa, gerçəkləşməlidir. Mən seçkilərdə yalnız qanuna qarşı addım atıldığı halda müdaxilə edir və seçki müxalifləri qarşısında dayanıram. Amma qalan heç bir məsələdə müdaxiləm yoxdur. Qanunun aliliyini əsas götürmək lazımdır, vətəndaşlar müəyyənləşdirməli və hərəkət etməlidirlər.

Bu il də İran seçkilərinin cədvəli bir daha yüksələn xətt üzrə getdi və bütün İranda 80-90%-i göstərir və orta hesabla təxminən 73%-dir.

Bu iştirak və qəhrəmanlıq İran düşmənləri və beynəlxalq kütləvi informasiya vasitələrinin gözündən yayınmadı və onları İranın dəyərlərini qorumaq üzrə vətəndaşların vəfadarlığını etiraf etməyə məcbur etdi.

Bu seçki rəqabətinin sonunda prezidentliyə namizədlərin cənab Ruhanini təbrik etməsi qanunun aliliyini əsas götürməyin cilvəsidir.

Teqlər