Yüzdən çox xarici heyət 12-ci prezidentin inauqurasiya mərasimində iştirak edir

Tarix : 2017/08/05

------------------------------------------------------

İran İslam Respublikası prezidentinin inauqurasiya mərasimi bu gün axşam müxtəlif vəzifəli daxili şəxsiyyətlər və xarici qonaqların iştirakı ilə İranın İslami Şura Məclisində keçiriləcək.

Doktor Həsən Ruhani İran İslam Respublikasının 12-ci prezidenti kimi and içəcək.

İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur deyib: 85 ölkədən və 8 beynəlxalq təşkilatdan olan 131 şəxsiyyət İran İslam Respublikasının 12-ci prezidentinin inauqurasiya mərasimində iştirak edəcək.

9 prezident və 19 parlament sədri İranın 12-ci prezidentinin inauqurasiya mərasimində iştirak edəcək.

Xarici ölkələrdən olan yüksək vəzifəli heyətlərin İranın 12-ci prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana daxil olmaları Mehrabad və İmam Xomeyni(r.ə.) adına hava limanlarından davam edir.

Bəzi xarici qonaqlar cümə axşamı günü səhər tezdən Tehrana daxil olublar və bu proses bu gün günortayadək davam edəcək.

Aug 05, 2017 20:22 Asia/Baku
Şərhlər