Avq 22, 2020 08:19 Asia/Baku
  • Minlərlə fələstinli Məsciduləqsada cümə namazında iştirak edib

Sionist rejim hərbçilərinin fələstinlilərin müxtəlif bölgələrdəki aksiyalarını yatırdıqları və fələstinli gənclərin Məsciduləqsaya daxil olmalarına mane olduqları bir halda, minlərlə fələstinli Məsciduləqsanın buhəftəki cümə namazında iştirak edib.

Səhər Azəri bildirir ki, Qüds İslami Vəqflər İdarəsi bu həftəki cümə namazı mərasiminin təqribən on min nəfərin iştirakı ilə mübarək Ələqsa Məscidində keçirilməsindən xəbər verib.

Məsciduləqsanın buhəftəki xətibi Şeyx Yusif Əbu Səninə fələstinlilərdən istəyibdir ki, sionist qəsbkarların təcavüzləri qarşısında Məsciduləqsanı müdafiə məqsədilə bu məsciddə geniş iştiraka malik olmuş olsunlar.

Digər bir xəbərə görə, qərb sahilinin müxtəlif bölgələrinin sakinləri sionist rejimin cinayətlərinin, o sıradan sionist qəsəbələrsalma, fələstinlilərin evlərini uçurma və onların ərazilərini müsadirənin davam etməsini pisləmək istiqamətində aksiya keçiriblər.

Qəsbkar sionist rejimin hərbçiləri gözyaşardıcı qaz və atəşdən geniş şəkildə istifadə edərək, fələstinlilərə divan tutmağa başlayıblar. Bu repressiya zamanı onlarla nəfər yaralanıb və ya gözyaşardıcı qazla tənəffüs nəticəsində boğulma halına düşübdür.

Dünən, avqustun 21-i, Məsciduləqsa-nın sionist rejim tərəfindən yandırılmasının 51-ci ildönümü günü idi.

Teqlər