Okt 22, 2020 13:33 Asia/Baku
  • Qətər sionist qəsəbə salmaların dayandırılması vacibliyini vurğulayıb

Qətər hökuməti sionist rejimin İordan çayının qərb sahilində sionistlər üçün minlərlə yeni mənzilin inşasına dair qərarını kəskin şəkildə qınayıb.

SəhərAzəri Qətərin rəsmi xəbər agentliyi QANA-ya istinadla xəbər verir ki, Qətər hökuməti oktyabrın 21-də bir bəyanat yayaraq, sionist qəsəbələrin inşasının davam etdirilməsini, beynəlxalq hüquq və qətnamələr, xüsusilə BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin qarşısında duran böyük çağırış və təhdid kimi xarakterizə edib.

Qətər hökuməti beynəlxalq orqanların Fələstinin işğal olunmuş ərazilərində sionist rejim tərəfindən qəsəbələrin salınmasını dayandırmaq üçün dərhal hərəkətə keçməyə çağırıb.  

Qətər hökuməti, həmçinin bu bəyanatda, Qüdsün paytaxtlığı ilə müstəqil Fələstin ölkəsinin təşkili başda olmaqla Fələstin xalqının suveren hüquqlarını dəstəkləmək üzrə öz qəti mövqeyinə təkid edib.

Sionist rejim son həftələrdə Fələstinin işğal olunmuş ərazilərində minlərlə yeni mənzilin inşası üçün bir sıra layihələr təsdiqləyib.

Bu elə bir haldadır ki, beynəlxalq qanunlar və qətnamələr, xüsusilə Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, Fələstinin işğal olunmuş ərazilərində istənilən qəsəbə salma hərəkəti qanunsuz hesab edilir.

Teqlər