Noy 06, 2020 12:18 Asia/Baku
  • BMT fələstinlilərin mənzillərinin sökülməsinin dərhal dayandırılması vacibliyini vurğulayıb

BMT-nin Fələstinin işğal olunmuş ərazilərində humanitar məsələlər üzrə koordinatoru sionist rejimi fələstinlilərin mənzillərinin sökülməsini dərhal dayandımağa çağırıb.

SəhərAzəri Anadolu-ya istinadən xəbər verir ki, İvan Hilli sionist rejimin cari ildə işğal olunmuş ərazilərdə fələstinlilərin evlərini və mülklərini dağıtmaq üçün ən böyük əməliyyatı həyata keçirdiyini bildirib.

BMT-nin Fələstinin işğal olunmuş ərazilərində humanitar məsələlər üzrə koordinatoru vurğulayıb: "Son 4 ildə fələstinlilərin ən böyük məcburi köç etmələrinin şahidi olmuşuq, belə ki, İsrail rejimi rəsmiləri İordan vadisində yerləşən "Həmsə Əl-Bəqiə" kəndinin binaları və yaşayış evlərini söküb".

Hilli əlavə edib: "Sionist rejim Qərb sahilində ən son ev dağıtma əməliyyatında İordan vadisində yerləşən "Həmsə Əl-Bəqiə" bölgəsini tamamilə dağıdıb nəticədə 41-i uşaq olmaqla 73 fələstinli didərgin düşüb".

Eyni zamanda BMT baş katibinin sözçüsü Stefan Düjarik fələstinlilərin evlərinin sökülməsinin BMT-nin kəskin narahatlığına səbəb olduğunu bəyan edərək, sionist rejimi bu əməliyyatları dayandırmağa çağırıb.

Bundan əvvəl də Avropa Birliyi sionist rejimin işğal olunmuş ərazilərdə fələstinlilərin evlərini sökməsini kəskin qınayıb.

BMT-nin bildirdiyinə görə, sionist rejim cari ildə Qüds və Qərb sahilində təxminən 689 binanı dağıdıb və 869 fələstinlini evsiz qoyub.

Teqlər