Noy 23, 2020 12:42 Asia/Baku
  • Sionist işğalına qarşı beynəlxalq hərəkat

Fələstin və bir çox başqa ölkədən olan alimlər İsrail rejiminin işğalçı hərəkətlərinə qarşı beynəlxalq aksiya başladıb. Hərəkat koordinatoru Ramzi Odeh Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü yaxınlaşaraq, Fələstin xalqının işinə kömək etmək və bir sıra ölkələri Fələstin ərazilərində sionist rejimin işğal planlarının təhlükələri barədə maarifləndirmək üçün Beynəlxalq Akademik Hərəkatının başlatma məqsədini anladıb.

SəhərAzəri xəbər verir, Odeh bu hərəkatı akademik elitaya və ziyalıların Fələstin məsələsinin ədalətli həllinə kömək etmək üçün yol adlandıraraq, xüsusən də İsrail rejimin ilhaq planı və bu rejimlə münasibətlərin normallaşmasına qarşı çıxdığını söyləyib: “Fələstin xalqı ilə Dünya Həmrəylik Gününün keçirilməsi, fələstinlilərin hələ müstəqil dövlət qurma hədəflərinə çatmadıqları barədə xatırlatmadır". Noyabrın 29-u Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günüdür. Sionist İsrail rejimi 2020-ci ildə ilhaq planını elan edərək, İordan çayının qərb sahilinin 30%-dən çoxunu ələ keçirmək niyyətində olduğunu bildirdi. Xatırladaq ki, sentyabrın 15-i BƏƏ və Bəhreyn rejimi, işğalçı sionist rejimlə razılaşma imzaladı və bununla da İslam dünyasında geniş tənqid dalğasının hədəfinə düşdü.

Teqlər