Noy 25, 2020 18:38 Asia/Baku
  •    Sionist hərbçilər qərb sahilində fələstinli aksiyaçılara hücum ediblər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Ələğvar bölgəsində fələstinli aksiyaçılara hücum edərək, onların aksiyasını yatırıblar.

SəhərAzəri xəbər verir, onlarla fələstinli dünən gecə qərb sahilindən bəzi bölgələrin işğal olunmuş ərazilərə qatılması planına qarşı çıxaraq, Ələğvar şəhərində aksiya keçirib. Onlar sionist rejimin sionistsakinli qəsəbələr salmasını pisləyən şüarlar veriblər.

Sionist hərbçilər fələstinlilərin aksiyasının davam etməsinin qarşısını alaraq, onlara tərəf rezin güllələrlə atəş açıb, üzərlərinə gözyaşardıcı qaz buraxıblar. Nəticədə onlarla nəfər yaralanıb və ya bu qazla tənəffüs nəticəsində boğuntu halına düşübdür.

Teqlər