Yan 12, 2021 08:38 Asia/Baku
  • Sionist rejimi İordan çayının qərb sahilində daha 850 ev inşa edəcək

Sionist rejiminin işğal olunmuş İordan çayının qərb sahilində gəlmə sionistlər üçün qanunsuz olaraq 850 ev inşa edəcəyi bildirilir.

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Sionist rejiminin İctimai Yayım Agentliyi KAN-ın bildirdiyinə görə, Sionist rejiminin səlahiyyətliləri gələn həftə gəlmə sionistlər üçün İordan çayının qərb sahilində daha 850 yaşayış binasının inşa edilməsi qərarını təsdiqləyəcək.

Xəbərdə Sionist rejiminin müdafiə naziri Benni Qantzın bu yaşayış yerlərinin inşası üçün Fələstin Ərazilərindəki Hökümət Fəaliyyətləri Koordinasiya Birliyi (COGAT) nəzdindəki Mülki İdarəetmə Birliyinin Ali Planlaşdırma Şurasına təlimat verdiyi və evlərin İordan çayının qərb sahilinin şimalındakı sionist məskunlaşma yerlərində inşa ediləcəyi qeyd edilib.

Məsələ ilə bağlı sionist rejimin səlahiyyətlilərindən hələ rəsmi açıqlama verilməyib.

ABŞ-ın yeni prezidenti Co Baydenin vəzifəsinə başlamasından bir müddət sonra İsrail rejiminin belə bir addımı atması diqqətə səbəb olub.

Teqlər