Yan 13, 2021 15:19 Asia/Baku
  • Həmas sionist rejimin Suriyaya yeni təcavüzünə münasibət bildirib

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, sionist rejimin Suriyanın şərqinə təcavüzünü pisləyib.

SəhərAzəri xəbər verir, Həmas-ın sözçüsü Hazim Qasim bu gün deyib: Qüdsü işğal etmiş rejimin Suriyaya təcavüzü sionist planla real mübarizədən və İslam Ümmətinin bütün oyaq qüvvələrinin iştirakından savayı ayrı bir yolla durdurulmayacaq.

Suriya xarici işlər nazirliyi dəfələrlə BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, sionist rejimin bu ölkəyə qarşı təcavüzlərinin təkrarlanmasının qarşısının alınması üçün şuranın qətiyyətli tədbirlər görməsini istəyibdir.

Teqlər