İyun 17, 2017 14:21 Asia/Baku
  • Bakıda ələvi şer gecəsi
    Bakıda ələvi şer gecəsi

Əmirəl-möminin həzrət Əlinin(ə) şəhadətinin ildönümü ilə eyni zamanda Azərbaycan Respublikasının şairlər və ədiblərindən ibarət bir qrupun iştirakı ilə Bakıda ələvi şer gecəsi keçirilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, islam inqilabının böyük rəhbərinin ofisinin beynəlxalq müavini Ayətullah Möhsün Qominin iştirakı ilə keçirilən bu mənəvi və ədəbi məclisdə vəliyi fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höcətül-İslam Vəl-Müslimin Ocaqnejad çıxış edərək İmam Əlinin(ə) fəzilətlərindən danışıb və şairlərin ələvi məktəbinin tanıtdırılmasında və insanın ruhunun yüksəlişindəki rolunu açıqlayıb. 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət Ataşşesi tərəfindən təşkil olunan bu mərasimdə Əhli-Beyt(ə) şairləri İmam Əli(ə) barədə öz şeirlərini səsləndiriblər və şeirin ələvi məktəbinin yayılmasındakı rolunu vurğulayıblar. 

Mərasimdə sonra Həzrət Əlinin(ə) şəhadəti münasibəti ilə növhə oxunub, matəm saxlanılıb.

Teqlər