İyul 25, 2017 19:24 Asia/Baku
  • "Kəramət Ongünlüyü" şənliklərinə start verildi

“Kəramət Ongünlüyü” mərasimlərinə xanım Fatimə Məsumənin(ə) pak hərəmində oxunan xütbə ilə start götürüb.

"Kəramət Ongünlüyü"nün başlanması ilə Əhl Beyt(ə) aşiqləri Qum şəhərində xanım Fatimə Məsumənin(s.ə) məqbərəsinə üz tutublar.

 

Zəvvar:

Bu xanımdan aldığım ən gözəl hədiyyə, ilk övladım idi ki, xəstə idi. Bu xanımdan aldım və elə özünə də hədiyyə etdim. Bu, ötən 24 ildə aldığım ən gözəl hədiyyə idi.

 

Zəvvar:

Tehrandan gəlmişəm. Xanım Məsuməni və İmam Rzanı təbrik etmək üçün.

 

Əhl Beyt(ə) məddahlarının mədhiyyələri ilə başlanan və böyük təqlid mərcələrinin, din alimlərinin, ruhanilərin və zəvvarların da  iştirak etdiyi  bu mərasimdə  İmam Rza(ə) ziyarətgah kompleksinin rəyasət heyətinin sədri höccətülislam Rəisi xanım Fatimə Məsuməni(ə) dünyada bərəkət və Əhl Beyt(ə) maarifinin qaynağı adlandırıblar.

 

Höccətülislam Rəisi – İmam Rza(ə) ziyarətgah kompleksinin rəhbəri:

"Dünyanın müxtəlif yerlərində xeyir və bərəkət qaynağı olmaqla yanaşı, Əhl-Beyt(ə) maarifinin yayılmasında da təsirli rolu olubdur."

 

İraqın müqəddəs ziyarətgahlarının nümayəndələrinin də iştirak etdikləri bu mərasimdə Musa ibn Cəfər(ə) və İmam Cavad(ə) hərəminin mübarək bayrağı xanım Fatimə Məsumə(ə) ziyarətgahına hədiyyə edilib.

Xanım Fatimə Məsumənin(ə) polad pəncərəsinin təqdimatı bu günkü mərasimin digər proqramlarından idi

Xanım Fatimə Məsumənin(s.ə) pak hərəminin rəyasət heyətinin sədri bu barədə deyir: "Bura ziyarətə gələn amma, içəri daxil ola bilməyən və ya daxıl bağlamaq istəyən zəvvarlar üçün bu pəncərə Əzəm Məscid ilə əldə olunmş anlaşma əsasənda münasib məkan sayılır. Allaha çox şükürlər olsun ki, xanım Məsumənin vücudundan qaynaqlanan bərəkət və Ayətullah Brucerdinin xeyirxah niyyəti burda öz əksini tapmışdır."

 

“Kərəm Dəryası” adlı sərginin işə başlaması, “Məlkut” şer gecəsinin təşkil edilməsi, 9-13 yaşlı qızlar üçün nəzərdə tutulmuş “Yağış nəğməsi” festivalı “Kəramət Ongünlüyü”nün ilk günü üçün nəzərdə tutulmuş proqramlar olub.  

 

Teqlər