Avq 19, 2017 09:44 Asia/Baku
  • 19 avqust İranda amerikan dövlət çevrilişinin ildönümü günüdür
    19 avqust İranda amerikan dövlət çevrilişinin ildönümü günüdür

Bu gün 1396-cı hicri şəmsi ili mordad ayının 28-i , 2017-ci miladi ili avqustun 19-u Amerikanın İranda dövlət çevrilişinin ildönümü gününə təsadüf edir.

1332-ci hicri şəmsi ili(1953) mordad ayının 28-də şahlıq rejimi ordusunun qüvvələri Amerika və İngiltərənin əməkdaşlığı ilə Məhəmməd Müsəddiqin hökumətini devirərək, fərari olan Məhəmməd Rza Pəhləvini bir daha hakimiyyətə təyin etdilər. 

İranın fəaliyyətdə olan hökumətinin buraxılması ilə nəticələnən Amerika və İngiltərənin birgə planı əsasında həyata keçən dövlət çevrilişi İranın islam inqilabından öncəki siyasi tarixinin həssas mərhələlərindən birini xatırladır. 

İranda neft sənayesinin milliləşməsi hərəkatının qələbə çaldığı dövrə təsadüf edən Amerika və İngiltərənin İranın daxili işlərinə müdaxilələrinin aşkar nümunəsi olan 28 mordad dövlət çevrilişi elə bir şəraitdə baş verdi ki, Beynəlxalq Ədliyyə Məhkəməsi İngiltərə və İran arasında neft müqavilələri mövzusunda İranın xeyirinə hökm çıxarmışdı. 

Son illərdə əcnəbilərin 28 mordad dövlət çevrilişində müdaxilələri barədə yeni faktlar yayılıb və bəzi amerikalı rəsmilər ABŞ və İngiltərə dövlətlərinin bu dövlət çevrilişində hətta bir başa rolunu etiraf ediblər. 

Teqlər