Avq 31, 2017 19:34 Asia/Baku
  • İranda Ərəfə gününə özəl dua mərasimləri keçirilib
    İranda Ərəfə gününə özəl dua mərasimləri keçirilib

İmam Hüseynin(ə) Ərəfə duası İranın müxtəlif məntəqələrində xalqın geniş iştirakı ilə keçirilən mərasimlərdə qiraət olunub.

İran xalqı bu gün cümə axşamı, müqəddəs məkanlarda, imamzadələrdə, məscidlərdə, hüseyniyələrdə və müsəllalarda bir araya gələrək, Ərəfə duası mərasimində iştirak edib, şiələrin üçüncü imamı İmam Hüseynin(ə) Ərəfat çölündə oxuduğu duanı zümzümə edərək, Allahdan bağışlanmasını istəyib.

Həmçinin, İranın qərbində, Qəsre Şirin şəhərinin Xosrəvi sərhəd məntəqəsində İranın Kərbəlaya ən yaxın nöqtəsi olan məkanda bir araya gələn iranlılar Ərəfə duası uxuyaraq, öz allahları ilə razuniyaz ediblər.

Zihəccə ayının 9-unda günorta namazından sonra axşama qədər olan müddət ərzində İmam Hüseynin(ə) Ərəfə duasının oxunması mərasimi ölkə səviyyəsində iranlılar tərəfindən geniş qarşılanır.

Ərəfə duası İmam Hüseynə(ə) aid bir duadır. Rəvayətə görə, İmam Hüseyn(ə) bu duanı Ərəfə günündə və Ərəfat çölündə oxuyub.