Sen 03, 2017 10:09 Asia/Baku
  • İranlı hacılar Mina faciəsi qurbanlarının xatirəsini yad ediblər

Mina faciəsində həyatını itirmiş Allah evi zəvvarlarının xatirəsini yad etmək üçün şənbə günü gecə Minada anım mərasimi keçirilib.

İranlı hacılar və şəhid ailələrinin, böyük təqlid mərcələrinin nümayəndələri, Müqəddəs Müdafiə dövrü şəhidlərinin ailə üzvləri, Hərəm müdafiəçiləri şəhidlərinin yaxınları, İranın Həcc və Ziyarət Təşkilatının sədri və İranın həcc karvanının rəhbərinin qatıldığı bu mərasim Mina çölündə İnqilab Rəhbərinin ofisində təşkil edilib. 

7 mindən çox zəvvar o cümlədən 464 iranlı zəvvar 24 sentyabr 2015-ci il tarixində Mina çölündə həcc mərasimi ayinlərinin yerinə yetirilməsi zamanı yaranan izdiham nəticəsində həyatını itirmişdi. 

Bu arada cümə axşamını Məşərül-Həramda keçirən zəvvarlar cümə günü səhər gün doğduqdan sonra Minaya doğru yola düşüblər. 

Allah evi zəvvarları şənbə günü Minada olduqları zaman simvolik olaraq şeytana daş atıblar. 

 

Teqlər