Sen 11, 2017 09:07 Asia/Baku
  • İmam Musa Kazim(ə)-ın mövlud günü mübarək!
    İmam Musa Kazim(ə)-ın mövlud günü mübarək!

Bu gün, 1438-ci hicri qəməri ili zilhəccənin 20-si və 2017-ci milad ili sentyabrın 11-i, şiələrin yeddinci imamı, İmam Musa Kazim(ə)-ın mövlud gününün ildönümüdür.

İmam Musa Kazim(ə) 128-ci hicri qəməri ili zilhəccənin 20-də Məkkə ilə Mədinə arasında yerləşən Əbva kəndində dünyaya göz açıb. O həzrətin atası, şiələrin altıncı imamı Həzrət İmam Cəfər Sadiq(ə)-dır.

İmam Musa Kazim(ə) elm, təvazökarlıq, böyük sədaqət, səxavət və mərhəmətdə xas bir şöhrətə malik olub. 

Şiələrin yeddinci imamı, möhtərəm atası- İmam Cəfər Sadiq(ə)-ın ənənələrini bərpa etmək, əhkam, hədis və rəvayətləri toplamaq, eləcə də şiələrə təlim keçib, onları irşad etməklə şiələrin altıncı imamının təlimləri və mübarizələri ilə qaydaya salınaraq, möhkəmlənmiş əsl İslamı gücləndirdi.

İslami İran xalqı Həzrət İmam Musa Kazim(ə)-ın mövlud gününün ildönümündə məscidlər, təkyələr və digər islami məkanlarda olaraq, İmam Musa Kazim(ə)-ın mövlud gününün ildönümü mərasimlərini keçirir.

Şiələrin yeddinci imamının yeri və dərəcəsi barədə çıxışlar, şirniyyat və şərbətin paylanması, eləcə də mövludxanlıq İmam Musa Kazim(ə)-ın mövlud gününün ildönümü tədbirlərindəndir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı şiələrin yeddinci imamı- İmam Musa Kazim(ə)-ın mövlud gününün ildönümünün gəlib çatması münasibətilə bütün müsəlmanları, xüsusən şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər