Fev 09, 2018 19:11 Asia/Baku
  • İnqilabının
    İnqilabının

İslam İnqilabının Qələbəsinin Fəcr Ongünlüyü İran xalqı üçün acı və şirin günləri xatırladır ki, sonda birlik və həmrəylik, eləcə də Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə iyirminci əsrdə ən böyük xalq inqilabı zühur etdi.

Rəhbərliyin önəmi hər bir inqilabın istiqamətləndirilməsi üçün özəl əhəmiyyətə malikdir və bu arada İran İslam İnqilabı İmam Xomeyni(r.ə)-in alimanə rəhbərliyi ilə qələbə çaldı. İnqilabın hidəyəti və müdiriyyəti İslam İnqilabının qələbəsinin ən mühüm məsələlərindən idi ki, İmam Xomeyni(r.ə.) kimi taysız bir şəxsiyyət hətta sürgün dövründə belə düzgün şəkildə onu icra etdi. 

İmam Xomeyni(r.ə)-in günəş tarixi ilə 1357-ci il bəhmənin 12-də İrana daxil olması ilə əslində Pəhləvi rejiminin büsatı yığışdırıldı və nəhayət həmin ilin 22 bəhmənində zalım şah rejiminin əsasları yıxıldı və İran İslam İnqilabı İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə qələbə çaldı.

İmam Xomeyni(r.ə)-in böyük memar kimi İran İslam İnqilabının qələbəsindəki rolu heç kəsə gizli deyil və dünyanın elmi dairələrində hətta Amerika kimi böyük ölkələrdə bu məsələnin araşdırılmasında və İslam İnqilabı Rəhbərliyinin əsas rolunun etiraf olunması sahəsində böyük işlər görülübdür. İmam Xomeyni(r.ə.) hərəkatdan öncə və bu hərəkatın yüksəlməsi ilində İran ictimaiyyətinin siyasi, mədəni və sosial durumundan agah idi və ən mühüm qələbə amili və uğur rəmzini xalqın ruhunda yaranmış "ilahi dəyişiklik" bilirdi. Belə bir şəraitdə xalq Həzrət İmam Xomeyni(r.ə)-in çıxışı ilə dəyişdi; xalq eyni zamanda Allah-Taalaya sığınmaqla şahənşahlıq rejimindən qorxmurdu və buna görə, şücaətlə bu rejimin qarşısında dayandı.

İran İslam İnqilabından təqribən qırx il keçir və şübhəsiz, onun rəhbərliyi İslam İnqilabının davam etməsi və onun düzgün yolda istiqamətləndirilməsinin mühüm nəticələrindən biridir. İmam Xomeyni(r.ə)-in vilayəti fəqih nəzəriyyəsi və onun əsas prinsipində məna tapan İslam İnqilabının davamlılığı İslam İnqilabının yayınmasına mane olubdur və bu yolda İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İslam İnqilabının istiqamətləndirilməsində böyük rol oynayırlar.