Sen 01, 2018 09:48 Asia/Baku
  • İmam Musa Kazim(ə)-ın mövludunun ildönümü günü mübarək!
    İmam Musa Kazim(ə)-ın mövludunun ildönümü günü mübarək!

Bu gün, 1439-cu hicri qəməri ili zilhəccə ayının 20-si və 2018-ci il sentyabrın biri, dünya şiələrinin yeddinci imamı Həzrət İmam Musa Kazim(ə)-ın səadətli mövludunun ildönümü günüdür.

İmam Musa Kazim(ə) 128-ci hicri qəməri ili zilhəccə ayının 20-də Məkkə ilə Mədinə arasında yerləşən Əbva kəndində dünyaya göz açıb.

O həzrət möhtərəm atası- dünya şiələrinin altıncı imamı Həzrət İmam Cəfər Sadiq(ə)-ın şəhadətindən sonra müsəlmanların rəhbərliyi məsuliyyətini daşımağa başladı.

İmam Musa Kazim(ə) elm, təvazökarlıq, çoxlu sədəqəvermə, səxavət və bağışlamaqda xas şöhrətə malik idi. 

Dünya şiələrinin yeddinci imamı rəvayətlər, hədislər və ehkamları toplayıb, əziz atası-Həzrət İmam Cəfər Sadiq(ə)-ın ənənələrini bərpa edərək, eləcə də şiələrə təlim keçib, onları irşad etməklə dünya şiələrinin altıncı imamının təlim və mücahidətləri ilə dünyanın nizam-intizam aldığı və möhkəmləndiyi əsl İslamı qoruyub, gücləndirdi.

İslami İranın mömin xalqı İmam Musa Kazim(ə)-ın səadətli mövludunun ildönümü günündə müqəddəs məkanlar, məscidlər və küçələrə çıxaraq, şənliklər keçirir.

Dünya şiələrinin yeddinci imamının yeri və dərəcəsi barədə çıxışlar, şirniyyat və şərbətin paylanması və mövludluqoxuma İranda Həzrət İmam Musa Kazim(ə)-ın səadətli mövludunun ildönümü günü tədbirlərindəndir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Musa Kazim(ə)-ın mövludunun ildönümü günü münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər