Sen 03, 2018 12:11 Asia/Baku
  • İslam İnqilabının nailiyyətlərinə qısa baxış
    İslam İnqilabının nailiyyətlərinə qısa baxış "üçüncü hissə" İmam Xomeyni(rə)-in baxışı

İslam İnqilabı 40 yaşına yaxınlaşır. İlahi və mübarək fenomenlər ilə yanaşı olan bu inqilab 20-ci əsrin sonlarında baş vermiş, dünyanı lərzəyə gətirmiş, müsəlmanlar və məzlumların ürəyində ümid işığı yandırmışdı. İndi 40 ildən sonra, zülm üzərində qələbə çalmaq və İranın inqilabçı övladlarının səadəti üçün bir ümid ağacına çevrilib.

İslam və İslam hökuməti bir ilahi fenomendir. Onun formalaşması ilə öz övladlarının səadətini dünya və axirətdə ən yüksək səviyyədə təmin etmiş olur və zülm, zorakılıq, pozğunluq və təcavüzlər üçün bir qırmızı qələmə çevrilmək, insanları kamala çatdırmaq qüdrətinə malikdir. Elə bir məktəbdirki, qeyri-tövhid məktəblərinin əksinə olaraq, bütün fərdi və ictimai, maddi və mənəvi, mədəni və siyasi, hərbi və iqtisadi məsələlərə müdaxilə və nəzarət edir və insanların fərdi və ictimai baxımdan maddi və mənəvi inkişafında təsirə malik olan minimum məsələlər belə onun diqqətindən yayınmır. Fərdi və ictimai baxımdan təkamülə gedən yolun üzərində duran bütün çətinliklər və maneləri, onların həll yollarını xatırladır. Allahın lütfü sahəsində İslam Respublikası müttəhid xalq tərəfindən formalaşdırılıb və bu İslam Hökumətində diqqət mərkəzində duran əsas məsələ İslam və onun mütərəqqi hökmləridir. Bu məqsədlərə nail olmaq, onu qorumaq və davam etdirmək isə İran xalqının üzərinə düşən bir işdir. Zira, İslamı qorumaq bütün vacib olan məsələlərin önündə durur. Adəm(ə)-dan tutmuş Xatəmül-ənbiyaya(s.ə.s) kimi bütün peyğəmbərlər bu yolda səy göstərib, fədakarlıq ediblər. Heç bir maneə onları bu böyük yoldan döndərə bilməyib. Onlardan sonra səhabələri və imamlar da yorucu səylərə baxmayaraq, öz qanları və canları bahasına bu yolu qorumağa çalışıblar. Və bu gün İran xalqı və bütün müsəlmanlara İranda rəsmən elan olunmuş və qısa müddət ərzində böyük nəticələr əldə etmiş bu ilahi əmanəti var gücləri ilə qorumaq, onun öz həyatını davam etdirə bilməsi üçün lazımi şərait yaratmaq, bütün problemləri aradan qaldırmaq vacib sayılır. Onun nurunun bütün İslam ölkələrini nurlandıracağına ümid edilir və bütün dövlətlər və xalqların bu önəmli məsələdə anlaşma içərisində olacağı gözlənilir. Cinayətkar və azlım qüdrətlərin əllərini həmişəlik olaraq məzlumların və zülmə məruz qalanların yaxasından uzaqlaşdıracağına ümid edilir. Heç şübhəsiz İslam İnqilabının öz həyatını davam etdirməsinin rəmzi elə onun qələbə çalma rəmzidir. Və xalq qələbənin rəmzini bilir və gələcək nəsillər də tarixdə oxuyacaqlar və biləcəklər ki, onun iki əsas rüknü: İlahi iradə və İslam Hökumətinin ali məqsədi və bütün xalqın ölkə səviyyəsində bu məqsəd və hədəf uğrunda bir araya gəlməsi olub. Son əsrin ən önəmli fitnələrindən biri xüsusilə hazırkı dekadanın önəmli fitnəsi xalqı xüsusilə İranın fədakar xalqını İslamdan soyutmaq üçün müxtəlif formalarda aparılan təbliğatdır. Bəzən tam aşkar formada və naşıcasına deyirlər ki, 1400 il öncə təyin olunmuş qanun və qaydalar günümüzün tələblərinə cavab verməyə qadir deyil. Və ya İslam dininin bir irticaçı din olduğunu, istənilən yenilik və sivilizasiya ilə müxalif olduğunu iddia edirlər. Hazırkı zamanda modern sivilizasiyaya malik ölkələrin bu sivilizasiyaya göz yuma bilməyəcəklərini deyirlər. Və bunun kimi bir sıra digər yalan təbliğatlar aparır, bəzən də şeytancasına İslam dini və ya digər ilahi dinlərin müqəddəsliyi, mənəvi dəyərləri, nəfsin paklaşdırılmasına dair göstərişləri, dünya malından əl çəkərək, mənəviyyata və ibadətə dəvət üzrə hökmlərini, insanı Allaha yaxınlaşdıran məsələləri diqqətlərdən yayındırmağa, İslam hökumətinin və İslam siyasətinin həqiqi mahiyyətini və böyük mənəviyyata xidmət etməsini gizlətməyə, həqiqətləri təhrif etməyə çalışırlar. Dünyanın bərpa edilməsi üçün olan bütün bu məsələləri inkar edərək, peyğəmbərlərin yoluna qarşı çıxırlar. Təəssüflər olsun ki, bəzi ruhanilər və dindar kəsim də bu təbliğatların təsiri altına düşərək, hakimiyyətə və siyasətə müdaxilə etməyi günah hesab edirlər. Bu böyük bir faciədir və bu gün İslam bu faciəyə düçar olub.