Sen 18, 2018 20:39 Asia/Baku
  • İran tasua axşamında matəm içindədir
    İran tasua axşamında matəm içindədir

İslami İran İmam Hüseynin(ə) şəhadətinin tasuası axşamı matəm içindədir.

Sabah çərşənbə  məhərrəm ayının 9-u, tasua gününə təsadüf edir.

İslami İranın hər bir yerində İmam Hüseyn(ə) əzadarları tasua axşamında xüsusi matəm mərasimləri keçirməklə şiələrin 3-cü imamı Həzrət İmam Hüseynin(ə) və onun vəfalı köməkçilərinin matəmində əza saxlayırlar.

Ürək yandıran Kərbəla hadisəsindən uzun əsrlərin keçməsinə baxmayaraq İmam Hüseyn(ə) və o həzrətin vəfalı köməkçilərinin şəhadətinin əhəmiyyəti nəinki azalmır hətta zaman kçdikcə daha da artır, aşura müraciəti daha geniş yayılır və əzadarlar əlavə şövqlə və daha da anlayışlı olaraq matəm saxlayırlar. 

Məhərrəm ayının 10-cu günü şəhidlərin ağası Həzrət İmam Hüseynin(ə) şəhadəti günüdür.

Şiələrin 3-cü imamı hicri qəməri təqvimi ilə 61-ci il məhərrəm ayının 10-da şəhid edilmişdir. 

Səhərazəri telekanalı İmam Hüseynin(ə) tasua və aşurasını bütün dünya müsəlmanlarına, xüsusilə şiələrə və dünyanın azadlıqsevər insanlarına baş sağlığı verir. 

 

Teqlər