Noy 24, 2018 21:28 Asia/Baku
  • Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) mövlud günü mübarək olsun!
    Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) mövlud günü mübarək olsun!

Sabah bazar günü 17 rəbiüləvvəl 1440-ci hicri qəməri ili, əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.

Sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü münasibəti ilə İslami İranda şənlik tədbirləri keçirilir.

İslami İranın müxtəlif bölgələrində, şiə və sünnilər məscidlər, mənzillər, küçələr və mağazaları rəngli çıraqlar və bayraqlarla bəzəyərək və mərasimlər keçirərək sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) viladətinin ildönümü gününü şənlik edirlər.

Sünni tarixinə əsasən 12 rəbiüləvvəl əziz islam peyğəmbərinin viladətinin ildönümü günüdür və şiələr də 17 rəbiüləvvəli Allahın rəsulunun viladəti hesab edirlər.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə 12-17 rəbüləvvəl Həzrət Rəsul-Əkrəmin (s.ə.s) viladəti günləri olaraq Vəhdət Həftəsi adlandırılmışdır.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) və Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günü münasibəti ilə bütün müsəlmanları və dünyanın azadlıqsevərlərini təbrik edir.