Mart 20, 2019 08:57 Asia/Baku
  • Bu gün İmam Əlinin (ə) viladətinin ildönümü günüdür

Dünya şiələrinin birinci imamının viladətinin ildönümü günündə İslami İran şənlik içindədir.

Bu gün 13 rəcəb 1440-cı hicri qəməri ili, 20  mart 2019-cu il dünya şiələrinin birinci imamı Həzrət Əmirəl-Möminin Əlinin (ə) səadətli viladətinin ildönümü günüdür.

Həzrət Əli İbn Əbitalib (ə) 13 Rəcəbdə Kəbədə dünyaya göz açıb.

O həzrət yeniyetməlik dövrünü əziz islam peyğəmbərinin (s.ə.s) yanında olub. İslama ilk iman gətirən İmam Əli islam dinin təbliği dövründə əziz peyğəmbərin əsas yaxınlarından biri hesab olunurdu.

İran İslam Respublikasının təqvimində dünya şiələrinin birinci imamının viladət günü Atalar Günü adlandırılıb.

İslami İranın xalqı  İmam Əlinin (ə) səadətli viladətinin ildönümü günündə şənlik edir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı İmam Əlinin (ə) səadətli viladətinin ildönümü günü münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər