Mart 20, 2019 22:14 Asia/Baku
  • İranda cümə axşamı gecə il dəyişir

1398-ci hicri şəmsi ili, martın 21-də Tehran vaxtı ilə cümə axşamı gecə yarısı başalayacaq.

Yeni il cümə axşamı gecə saat 01:28:27-də təhvil olacaq və həmin saatdan sonra İran təqvimində Fərvərdin ayının birinə keçəcək.

Novruz bayramı dünyanın 12 ölkəsində qeyd olunur. 300 milyondan çox insan bu bayramı  qeyd etməkdədir.

İran İslam Respublikası teleradio təşkilatı Novruz bayramı münasibəti ilə bütün bu bayramı qeyd edən xalqları təbrik edir.