İyun 05, 2019 10:24 Asia/Baku
  • Səadətli fitir bayramı mübarək!
    Səadətli fitir bayramı mübarək!

İslami İranda bu gün hicri qəməri tarixilə 1440-cı il şəvval ayının biri, iyunun beşi, səadətli fitir bayramıdır.

İslami İranın mömin xalqı bir ay orucluqdan sonra səadətli fitir bayramı günündə bayram namazının geniş sıralarında iştirak edib.

İslam mədəniyyətində şəvval ayının ilk günü fitir bayramı və fitrətə qayıdış şənliyi kimi təyin edilibdir. Zira oruc müsəlmanlar mübarək ramazan ayı boyunca Allah-Taala ilə razu-niyaz və ibadət edərək, günahlarının bağışlanmasını diləyib, öz ruhlarını zahiri və daxili çirkinliklərdən təmizləyib, beləliklə öz gerçək fitrətlərinə qayıdıblar.

Bu səadətli bayram münasibətilə bütün dünya müsəlmanlarını, xüsusən böyük İran xalqını səmimi qəlbdən təbrik edirik.