Avq 02, 2019 07:02 Asia/Baku
  • Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başağlığı veririk

İslami İran dünya şiələrinin doqquzuncu imamı, Cəvaduləimmə, Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü günündə matəm içindədir.

Bu gün, 1440-cı hicri qəməri ili zilqədə ayının otuzu və 2019-cu milad ili avqustun ikisi, Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü gününə təsadüf edir.

Həzrət İmam Muhəmməd Təqi(ə) 195-ci hicri qəməri ilinin ramazan ayında dünyaya göz açdı və möhtərəm atası, dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın şəhadətindən sonra müsəlmanların imamlığı və rəhbərliyini üzərinə götürdü.

İmam Cavad(ə)-ın həyatı və imamlığı dövrü İslam Dünyasının dini-fəlsəfi təfəkkürlərinin rəvac tapdığı və İslam sivilizasiyasının çiçəkləndiyi bir dövr idi.

Müxtəlif məzhəblərdən olan din ailmləri ilə mübahisə iclaslarının keçirilməsi, insanların, xüsusən mütəfəkkirlərin təlim və tərbiyəsi, həmçinin ozamankı hömranların insanlığa və xalqa zidd siyasətlərinin ifşa edilməsi, Həzrət İmam Muhəmməd Təqi(ə)-ın elmi, mədəni və siyasi fəaliyyətlərindən idi.

Bütün İslami İranın xalqı Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümünün gecəsi və günündə məscidlərdə, təkyələrdə, Məşhəd şəhərində Həzrət İmam Rza(ə)-ın pak hərəmində, həmçinin müqəddəs Qum şəhərində yerləşən Həzrət Məsumə(s.ə)-nın pak hərəmində əzadarlıq edir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin doqquzuncu imamı, Həzrət İmam Muhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə müsəlmanlara və bütün dünya azadlıqsevərlərinə başsağlığı verir.

 

Teqlər