Avq 09, 2019 07:07 Asia/Baku
  • İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

İslami İran dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günündə qəm və matəm içindədir.

Bu gün, 1440-cı hicri qəməri ili zilhəccə ayının 7-si, 2019-cu il avqust ayının 9-u, dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin beşinci imamının ləqəbi, Baqir, ya Baqiəlulumdur.

Həzrət İmam Muhəmməd Baqir(ə) möhtərəm atası Həzrət İmam Zeynəlabidin(ə)-ın şəhadətindən 19 il on aydan sonra məsuliyyətli və böyük imamlıq vəzifəsini yerinə yetirməyə başladı.

İmam Muhəmməd Baqir(ə) öz imamlığı dövründə islami mədəniyyəti yaymaq və təbliğ etmək, şagirdlər yetişdirmək, səhabələrə və xalqa rəhbərlik və öz böyük cəddi Həzrət Muhəmməd(s.ə.s)-ın ənənələrini xalq arasında icra etmək, həmçinin zalım hökumət aparatını rəhbərliyin düzgün xəttinə yönəltmək sahəsində bir an da olsun belə, qəflətə qapılmadı.

Dünya şiələrinin beşinci imamı nəhayət 114-cü hicri qəməri ili zilhəccə ayının yeddisində Öməvi xəlifələrindən olan Hişam bin Əbdulməlik tərəfindən zəhərləndirilərək, 57 yaşında Mədinə şəhərində şəhid edildi.

Bütün İslami İran xalqı Həzrət İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümünün gecəsi və günündə məscidlərdə, təkyələrdə, Məşhəd şəhərində Həzrət İmam Rza(ə)-ın pak hərəmində, həmçinin müqəddəs Qum şəhərində yerləşən Həzrət Məsumə(s.ə)-nın pak hərəmində əzadarlıq edir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin beşinci imamı, Həzrət İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya müsəlmanlarına başsağlığı verir.