Məhərrəmə salam
Sen 02, 2019 09:18 Asia/Baku
Məhərrəm ayının gəlib çatması ilə bütün İranda Hüseyn aşiqləri özlərinin Əba Əbdillah Əl-Husəyn(ə) xanədanına olan məhəbbətlərini nümayiş etdiriblər.
Məhərrəm ayının ilk gecəsində xalq İslami İranın müxtəlif bölgələrində əza libası geyinib. Əzadarlar qara bayraqlar dalğalandıraraq, Əhli-Beyt(ə) xanədanının müsibətləri üçün əzadarlığa başlayıblar.
Hər il məhərrəm ayının gəlməsi ilə İranın bütün şəhərləri Hüsəyn əzası qarasına bürünür. Bir qrup əzadar sinə və zəncir vurur. Bu, yəni Hüsəyn(ə)-a məhəbbət tükənməzdir.
Bəzi şəhərlərdə Hüsəyn aşiqləri əzadarlar toplusu formasında şəhərin əsas keçidlərində salavat dayanacaqları yerləşdirirlər. Məddahlar Aşura hadisəsini vəsf və bəyan etmək üçün mədhiyyəçilik və çıxışlar edirlər.