Sen 07, 2019 08:11 Asia/Baku
  • İranda və 40 ölkədə Seyyiduşşuhəda(ə)ın dürdanəsinə hörmət və məhəbbət ifadə olunub
    İranda və 40 ölkədə Seyyiduşşuhəda(ə)ın dürdanəsinə hörmət və məhəbbət ifadə olunub

Hüseyn südəmərləri toplantısı anaların şövqlü iştirakı ilə İranın beş mindən çox nöqtəsində və dünyanın qırxdan çox ölkəsində keçirilib.

Bütün İranda Hüseyn südəmərləri toplantısı anaların və Aşura körpələrinin şövqlü iştirakı ilə keçirilib. Bu mərasim hər il İranın 32 vilayətinin 5 mindən çox nöqtəsində keçirilir.

İrandan başqa, Hüseyn südəmərləri toplantısı dünyanın qırxdan çox ölkəsində də keçirilir.

Bu mərasim  İmam Hüseyn(ə)-ın südəmər körpəsinin dərəcəsini və məzlumcasına şəhadətini əziz tutmaq məqsədilə südəmər körpələrin və onların analarının iştirakı ilə hər il məhərrəm ayının ilk ongünlüyünün birinci cüməsində keçirilir.

Əba Əbdillah Əl-Husəyn(ə) aşiqləri nəzirnamə oxuyaraq, öz övladlarını Sahib Əzzəman(əc) qiyamına nəzir edirlər.

Beşikdolandırma bu nurlu mərasimin tədbirlərindəndir. Analar öz körpələrinə yaşıl libaslar geyindirib, alınlarına, üzərlərində Həzrət Əli Əsğər(ə)-ın mübarək adı yazılmış lentlər bağlayaraq, İmam Hüseyn(ə)-ın altı aylıq körpəsinin matəmində mərsiyə oxuyurlar.