Sen 10, 2019 08:27 Asia/Baku
  • Bu gün Hüseyn Aşurasında İslami İran matəm içindədir

İslami İran Hüseyn Aşurasında, dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə)-ın şəhid olduğu gündə hüzn və matəm içindədir.

Bu gün, çərşənbə axşamı günü, 1441-ci hicri qəməri ili muhərrəmulhəram ayının onu, Hüseyn Aşurası günüdür.

61-ci hicri qəməri ili muhərrəmulhəram ayının onu, şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın 57 yaşında Müqəddəs Kərbəlada şəhid olmasının ildönümü günüdür.

Həzrət İmam Hüseyn(ə) Kərbəla hadisəsinin bəyanında, Məkkədən Kərbəlaya gedən yolda, şəhadət anınadək açıq şəkildə vurğuladılar: Məqsəd, Yezidin İslama zidd hökumətini rüsvay etmək, “Əmr be məruf və Nəhy əz münkər”i bərpa etmək və zülm və zalımlıq qarşısında dayanmaqdır. O həzrət bildirdi ki, əsl Məhəmməd İslamını yaşatmaqdan savayı bir hədəfi yoxdur.

Bu, Allah-Taala tərəfindən Həzrət İmam Hüseyn(ə)-a verilmiş tapşırıq idi və bu tapşırığı yerinə yetirmək üçün o həzrət Aşura günü günorta çağı vəfalı köməkçiləri ilə yanaşı günorta namazı qıldıqdan sonra yezidilər tərəfindən şəhid edildi.

İslami İranın mömin xalqı məhərrəm ayı günlərində, xüsusən Tasua və Aşuranın gecəsi və günündə hüseyniyyələr və məscidlərdə olaraq, əzadarlıq edir.

Növhəxanlıq, sinə və zəncir vurmaq, Həzrət İmam Hüseyn(ə) və Həzrət Əbəlfəzl Əl-Abbas(ə)-ın şəxsiyyətləri və yerləri barədə çıxış, Qəməri Bəni-Haşim və şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın şəhadətlərinin gecəsi və günündə İslami İranın mömin və hüseyni xalqının mühüm tədbirlərindəndir.

İranın TeleRadio Təşkilatı Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya şiələri xüsusiyyət təşkil etməklə bütün dünya müsəlmanları və azadlıqsevərlərinə başsağlığı verir.