Okt 30, 2019 14:30 Asia/Baku
  • Rəbiuləvvəl ayının başlanmasını təbrik edirik

Bu gün, 1441-ci hicri qəməri ili rəbiuləvvəl ayının biri, 2019-cu il oktyabrın 30-na təsadüf edir.

Hərçənd bütün aylarda Allah-Taala daim öz bərəkətlərini insanlara əta edir və bütün günlər bərəkətlə doludur, amma bəzi günlər və aylar müsəlmanlar arasında daha çox sevincə və özəlliyə malikdirlər.

Rəbiuləvvəl ayı adından da göründüyü kimi, ayların baharıdır. Bu ay şiələr arasında sevinc və şadlıq ayı kimi tanınır.

İslam Peyğəmbəri(s.ə.s.) və şiələrin altıncı imamı, İmam Cəfər Sadiq(ə)-ın mövlud günləri və şiələrin on ikinci imamı Həzrət Mehdi(əc)-in imamətinin başlanması məhz bu ayda baş veribdir.

İslam İnqilabının Böyük Rəhbəri rəbiuləvvəl ayının fəzilətləri barədə belə deyiblər: Rəbiuləvvəl ayı sözün əsl mənasında, həyatın baharıdır. Zira bu ayda əziz Peyğəmbər, Həzrət Muhəmməd Rəsulallah(s.ə.s)-in müqəddəs varlığı, həmçinin o həzrətin möhtərəm övladı, Həzrət Əbi Əbdillah Cəfər ibn Muhəmməd Əl-Sadiq(ə) dünyaya gəliblər və Peyğəmbərin mövludu, Allah-Taalanın bəşəriyyətə əta etdiyi bütün bərəkətlərin başlanğıcıdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı rəbiuləvvəl ayının gəlməsi münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.