Mart 07, 2020 18:03 Asia/Baku
  • Həzrət Əli (ə)-ın mövludunun ildönümü günü mübarək!
    Həzrət Əli (ə)-ın mövludunun ildönümü günü mübarək!

İslami İran dünya şiələrinin birinci imamı, Həzrət Əli (ə)-ın səadətli mövludunun ildönümü günü ərəfəsində şadlıq içindədir.

Sabah, 1441-ci hicri qəməri ili, rəcəb ayının 13-ü, 2020-ci il martın 8-i, dünya şiələrinin birinci imamı Həzrət Əmirəlmöminin Əli (ə)-ın səadətli mövludunun ildönümü günüdür.

Həzrət Əli İbn Əbitalib (ə) Kəbə evində dünyaya göz açıb və yeniyetməlik dövründən əziz İslam Peyğəmbəri (s.ə.s)-in yanında böyüyüb.

Həzrət Əli (ə) İslam dininə iman gətirən ilk şəxs olub və İslam dininin əziz İslam Peyğəmbəri (s.ə.s.) tərəfindən təbliği və yayılmasının bütün mərhələlərində Həzrət Muhəmməd (s.ə.s)-ın əsas köməkçisi sayılırdı. 

İran İslam Respublikasının təqvimində dünya şiələrinin birinci imamının mövludunun ildönümü günü "Atalar Günü" adlandırılıbdır.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı dünya şiələrinin birinci imamı Həzrət Əli (ə)-ın mövludunun ildönümü gününün gəlib çatması münasibəti ilə dünya müsəlmanlarıni təbrik edir.

 

HƏZRƏT ƏLİ(Ə)-IN MÖVLUDUNUN İLDÖNÜMÜ GÜNÜ MÜBARƏK!