Sen 02, 2020 17:19 Asia/Baku
  • “Rəis Əli Delvari”-nin şəhadətinin ildönümü; İngilis müstəmləkəçiliyinə qarşı Milli Gün

Bu gün (Çərşənbə), 2 sentyabr 2020-ci il, İranın cənubundakı müstəmləkəçilik əleyhinə mübarizənin böyük komandanı Rəis Əli Delvarinin şəhadətinin ildönümü və İranda İngilis müstəmləkəçiliyinə qarşı milli mübarizə günüdür.

SəhərAzəri xəbər verir ki, Rəis Əli Delvari (1882 - 1915), İranın cəbundakı Təngistan və Buşehrdəki azadlıqsevər hərəkatın lideri, birinci Dünya Müharibəsindəki İngilis təcavüzkar və müstəmləkəçi qüvvələri qarşısında böyük müqavimət və fədakarlıq göstərib. 
1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanğıcında şimaldan Rusiya qüvvələri, cənubdan isə İngilis qüvvələri İrana hücum etdilər, İngilis hərbi gəmiləri Buşehrdə lövbər saldı, nəticədə Buşehri və ətraf sahil ərazilərini işğal etmək niyyətində olan işğalçı qüvvələr buşehr əhalisinin müqaviməti ilə qarşılaşdı.
Rəis Əli Delvari-nin rəhbərlik etdiyi Təngistanlılar, təsirli hücumlarda İngilislərə ölümcül zərbələr vurdular, bu hücumlardan birində Rəis 
Əli, on bir Hindistan əsgəri ilə birlikdə iki yüksək rütbəli İngilis zabitini öldürdü.
Bu qələbə hərbi əhəmiyyətdən artıq, Siyasi əhəmiyyətə malik idi; Çünki bu, xalqın İngiltərə qorxusunu azaltdı və bu təcavüzkar düşmənin böyükluyunun ümumdüşüncədə qırılmasına səbəb oldu.
Rəis Əli Delvari, nəhayət 1915-ci ilin yayında, 33 yaşında, Buşehrdə İngilis təcavüzkarları ilə qarşıdurmada şəhid oldu.
İranın cənubundakı müqavimət hərəkatının böyük lideri Rəis Əli Delvari, İngilis müstəmləkəçiliyinə qarşı müqavimət və anti-müstəmləkəçiliyin simvolu adlandırılaraq İran xalqı tərəfindən Milli Qəhrəman kimi tanınır.

Teqlər