Sen 23, 2020 13:28 Asia/Baku
  • 3 yaşlı Rüqəyyənin Kərbəlada şəhid olmasının ildönümü gün

Hicrətin 61-ci ili, Səfər ayının 5-də daha bir səma ulduzu gözlərini bu dünyaya yumdu. Bu gün 3 yaşlı Rüqəyyənin Kərbəlada şəhid olmasının ildönümü günüdür.

Səhər Azəri bildirir ki, bu gün Rüqəyyənin Kərbəlada şəhid olmasının ildönümü günüdür.

Rəvayətə əsasən Rüqəyyə ayama olub və o həzrətin əsl adı Fatimə imiş. Zira İmam Hüseyn(ə) övladları arasında Rüqəyyə adına çox nadir rast gəlinir. Bəzi rəvayətçilər onun Fatimə bint Hüseyn(ə) olduğunu güman edirlər. Deyilənlərə görə İmam Hüseyn(ə)-ın bəzi övladlarının iki adı olub. Və övladları arasında oxşar adlara da rast gəlmək mümkün imiş. Bir çox rəvayətçi İmam Hüseyn(ə)-ın Səkinə və Fatimə adlı iki qızının olduğunu deyirlər. Əllamə ibn Şəhraşub və Məhəmməd bin Cərir Təbəri isə o həzrətin Səkinə, Fatimə və Zeynəb adlı üç qızının olduğunu bildirirlər. 

Həzrət Rüqəyyənin qəbri Suriyada yerləşir və hər il minlərlə insan onun ziyarətinə gəlir. 

Teqlər