Okt 15, 2020 19:11 Asia/Baku
  • İslam Peyğəmbəri(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk!

İslami İran əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və şiələrin ikinci imamı Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günü axşamında qəm və matəm içindədir.

SəhərAzəri bildirir ki, Sabah 28 səfər 1442-ci hicri qəməri ili, 16 oktyabr 2020-ci il, əziz İslam Peyğəmbəri(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət Muhəmməd(s.ə.s.) hicrətin 11-ci ilində vəfat etməsindən öncə, mehribanlıqla İslam əhkamı və Peyğəmbər şəriətinin əsaslarını bəyəniləsi formada, eyni zamanda mətanətlə və möhkəm şəkildə bəyan etdi və haqq olan dini maarifin yayılması və istiqamətləndirilməsi sahəsində mümkün olan ən yaxşı tərzdə səy göstərdi.

Otuz ilə yaxın möhtərəm atası, dünya şiələrinin birinci imamı, Həzrət Əli ibni Əbi Talib(ə) ilə yanaşı olan şiələrin ikinci imamı Həzrət İmam Həsən Muctəba(ə) da 50-ci hicri qəməri ilində, səfər ayının 28-də 47 yaşında ikən, Muaviyənin göstərişi ilə həyat yoldaşı tərəfindən zəhərləndirilərək, şəhid edildi.

Bu il koronavirus pandemiyasına görə, əzadarlıqlar sosial məsafəyə və səhiyyə protokollarına riayət edilməklə keçirilir.

Teqlər