• İnqilab Rəhbərinin iştirakı ilə İmam Rzanın (ə) pak məqbərəsinin təmizlənməsi mərasimi
    İnqilab Rəhbərinin iştirakı ilə İmam Rzanın (ə) pak məqbərəsinin təmizlənməsi mərasimi

Kəramət on günlüyü ərəfəsində şiələrin 8-ci imamı Həzrət Əli İbn Musər-Rzanın pak məqbərəsinin təimzlənməsi mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə təşkil olunub.

Tam mənəvi atmosferdə təşkil olunan bu mərasimdə Həzrət Ayətullahlar Sübhani, Misbah Yəzdi, Murtəzəvi, bir qrup alim və müxtəlif kütlələr iştirak ediblər.

Bu mərasimdə Əhli-Beyt (ə) məddahları və qarilər, Qurandan ayələr və mədhiyyələr oxuyaraq bu mərasimə özünəməxsus ruhanilik və mənəviyyat bəxş ediblər.

İslam İnqilabının Böyük Rəhbəri ötən illərdə də davamlı şəkildə Qüds Rəzəvidə təşkil olunan bu mərasimdə iştirak etmişlər.

Kəramət on günlüyü Zilqədə ayının ilk on günlüyünə təsadüf edir. Belə ki, Həzrət Fatimə Məsumənin (s.ə) viladəti ilə başlanır və şiələrin 8-ci imamı Həzrət Əli İbn Musər-Rzanın (ə) viladəti ilə sona çatır.

Jul 24, 2017 12:32 Asia/Baku
Şərhlər